İlham Əliyev: “Azərbaycanla Türkiyə bir-birini dəstəkləyir və dəstəkləyəcək”

İlham Əliyev: “Azərbaycanla Türkiyə bir-birini dəstəkləyir və dəstəkləyəcək”
Siyasət 933

 

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü başa çatıb.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. 

Prezident İ. Əliyev deyib ki, Ə. Davudoğlu Türkiyədə parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana edib: "Bu, Türkiyə-Azərbaycan münasibətlərini, qardaşlığını göstərir. Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Səfərə geniş nümayəndə heyəti gəlib, ikitərəfli görüşlər keçiriləcək. Bütün sahələrdə əlaqələr inkişaf edir və bu səfər də əlaqələrin inkişafında mühüm rol oynayacaq”. 

Ə. Davudoğlu isə bildirib ki, hələ İstanbula, anadan olduğu yerə getməyib, Azərbaycana gəlib: "Azərbaycan "Can Azərbaycandır”, bizim canımızdır. Yeni hökumət üzvlərini də sizə təqdim edəcəm. Əlaqələrimiz genişdir, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil. Sizi də seçkilərdəki uğurlarınız münasibəti ilə təbrik edirəm”.  

Daha sonra görüş qapalı davam edib.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev  Əhməd Davudoğlu ilə görüşdü (FOTO)

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü (FOTO)

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub. BAKU.WS-in məlumatına görə,...

938 Şou-biznes 15:57 03 dekabr 2015

Son xəbərlər