İlham Əliyev ABŞ-da Qarabağdakı vəziyyəti müzakirə etdi

İlham Əliyev ABŞ-da Qarabağdakı vəziyyəti müzakirə etdi
Siyasət 1109

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə etdi, bu səfərin uğurla keçdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini bildirdi.

ABŞ dövlət katibinin müavini Tomas Şennon dövlətimizin başçısının Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırdı. O, ABŞ-ın Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd etdi və əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Ağ Evdə Obama ilə görüşdü (FOTO)

İlham Əliyev Ağ Evdə Obama ilə görüşdü (FOTO)

Ağ Evdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak...

1777 Siyasət 09:30 01 aprel 2016

Son xəbərlər