İlham Əliyev: "Azərbaycanda böyük yarışlara hazırlıq işləri gedir"
"Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrilib. Birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində həyata keçirildi və ölkəmizdə artıq Formula-1 və İslam Həmrəyliyi Oyunları kimi böyük idman yarışlarına hazırlıq işləri gedir".
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqi ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, bu cür tədbirlərin ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması üçün gözəl imkanlar yaradır və Azərbaycanda turizmin inkişafının böyük potensiala malikdir.
Prezident İlham Əliyev qeyd edib ki, bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda demoqrafik şəraitin müsbət istiqamətdə inkişaf etməsi və ölkəmizin böyük işçi qüvvəsinə malik olması nəzərə alınmaqla miqrasiya ilə bağlı məsələlər dövlətin daim diqqət mərkəzindədir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan "Dortmund"un erməni futbolçusu ilə bağlı açıqlama
"Çox sevindirici haldır ki, Avropa Liqasının qrup mərhələsinə ölkəmizin futbol klubları da vəsiqə qazanıblar. Bu kimi yarışlarda iştirak edərək hər bir dövlət U...