Heydər Əliyev prospektindəki keçidlərdə son hazırlıq işləri gedir (FOTO)
Bakının Heydər Əliyev prospektində, daha dəqiqi "Böyük Şor” yol qovşağından "Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlükləri sökülərək yeniləri ilə əvəzlənib. Yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90 faizi görülüb. Hazırda keçidlərdə pəncərələrin qoyulması işləri aparılır. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənir.
Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan işlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.
Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Ən çox istifadə olunan küçə yeni görkəmdə ( FOTO, VİDEO)
Uzun müddətdir ki, yolun hərəkət hissəsi sıradan çıxmış Yasamal rayonu Əhməd Cəmil küçəsinin bir hissəsi təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına...