Müdafiə nazirindən İlham Zəkiyevə mükafat (FOTO)

Müdafiə nazirindən İlham Zəkiyevə mükafat (FOTO)
Sosial 1151

Paralimpiya oyunlarında iştirak edən azərbaycanlı cüdoçu, 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası İlham Zəkiyev mükafata layiq görülüb. 

BAKU.WS-in məlumatına görə, paralimpiyaçı müdafiə naziri Zakir Həsənov tərəfindən mükafatlandırılıb. 

"Sizə Silahlı Qüvəllərin Şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, onların vətənpərvərlik tərbiyəsində göstərdiyiniz xidmətlərə görə təşəkkür edir və böyük əminliklə bildirirəm ki, əsgəri olduğunuz hərbi hissəyə təqdim etdiyiniz Birinci Avropa oyunlarında şərəfinizə qaldırılan Bayraq Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir", - deyə İ.Zəkiyevə təqdim edilən mükafatda qeyd edilib. 

Xatıtladaq ki, İlham Zəkiyev buna kimi "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatlarına layiq görülüb. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Zakir Həsənov ordunun döyüş səviyyəsini yoxladı (VİDEO, FOTO)

Zakir Həsənov ordunun döyüş səviyyəsini yoxladı (VİDEO, FOTO)

Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsini yoxlayıb. BAKU.WS-in Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu...

1633 Hadisə 17:30 20 avqust 2015

Son xəbərlər