İlham Əliyev: “30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar”
"Baramaçılıq, pambıqçılıq inkişaf edir. Gələn il 3 min hektarda pambıq əkiləcək, minlərlə insan bu işlərə cəlb olunacaq”.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, baramaçılığın həm dövlətə, həm də insanlara xeyri var: "Yəni, qısa müddətdə - 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Xüsusilə nəzərə alınmalıdır ki, dövlət bu sahəyə öz dəstəyini əsirgəmir. İndi xaricdən tinglər gətirilir, təsərrüfatlara verilir”.
İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatının daha sürətlə inkişaf etdirilməsi üçün digər tədbirlər də görülür: "Siz yaxşı bilirsiniz ki, subsidiyalar, yanacağa, gübrəyə dotasiyalar, güzəştli şərtlərlə texnika verilir. Bütün bunları dövlət öz üzərinə götürüb ki, insanlara daha da yaxşı şərait yaratsın. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə də dünya miqyasında nümunəvi ölkədir. Çünki mən öz fermerlərinə bu qədər diqqət göstərən ikinci ölkə tanımıram və bunun nəticəsində, - baxmayaraq ki, indi dünyada və bizim bölgəmizdə böhran yaşanır, - Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Bu il də artım var, gələn ildə də artım olacaq. Bir sözlə, qarşıdakı mərhələdə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi ilə bağlı növbəti addımlar atılacaq”.
BAKU.WS
Oxşar xəbərlər
Prezident: “Yaxşı yaşayanlar daha çox vergi və kommunal ödəməlidir”
"Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir”. BAKU.WS xəbər verir ki, bunu Dekabrın 2-də Azərbaycan Respublikasının...