İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
Prezident İlham Əliyev Malayziyaya səfərə dəvət olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Malayziyanın Azərbaycanda yeni səfiri Aznifah İsnariah Binti Abdul Qani etimadnaməsini dövlət başçısına təqdim edərkən deyib.
Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.
Dövlət başçısı həmçinin dəvətə görə təşəkkür edərək onu məmnunluqla qəbul etdiyini vurğulayıb.
Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Oxşar xəbərlər
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qani...