İlham Əliyev Davosda "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
Yakob Aarup-Andersen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə etdi, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
"Carlsberg Group"un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlət başçısına məlumat verilib.
Görüşdə "Carlsberg Group" şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunulub.
Oxşar xəbərlər
"20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il keçir
Bakı metropolitenin "20 Yanvar" metrostansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 32 il keçir. BAKU.WS xəbər v...