"Hizbullah"ın silah anbarında USAID yardımları tapıldı
Livanın cənubunda, "Hizbullah" qruplaşmasına məxsus silah anbarında ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yardımlarının aşkar edildiyi bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə The New York Post qəzeti məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbçisi Aşer Fredmanın sözlərinə görə, Livanın bir kəndində patrul zamanı "Hizbullah"ın istehkam mövqeyində silah-sursat və USAID loqosu olan humanitar yardımlarla dolu paketlər aşkarlayıb.
"Orada snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcılar vardı. Bunların yanında isə USAID yardımları görünürdü", – Fredman bildirib.
Bundan öncə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd etmişdi ki, Moskvanın USAID-in dünyada radikal qrupları maliyyələşdirməsi ilə bağlı iddiaları öz təsdiqini tapıb.
Qeyd edək ki, fevralın 3-də USAID-in fəaliyyəti faktiki olaraq dayandırılıb. ABŞ prezidenti Donald Trampın qərarı ilə dövlət katibi Marko Rubio agentliyin müvəqqəti rəhbəri təyin edilib.
Oxşar xəbərlər
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edi...