Gürcüstanda nazir istefaya getdi
18
iyn
2019
14:56
Gürcüstan hökumətində növbəti dəyişiklik olub. Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib.BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə D.Sergeenko özü məlumat verib.Nazir istefası barədə qərarın uzunmüddətli məsləhətləşmələrdən sonra bu gün qəbul olunduğunu deyib.D.Sergeeno istefasına baxmayaraq, hakim komandanın sıralarında qalacağını qeyd edib.İlkin məlumatlara görə, səhiyyə naziri postuna Saçxere şəhər klinikasının direktoru Ekaterina Tikaridze gətiriləcək.Qeyd edək ki, D.Sergeenko 2012-ci ilin oktyabrından səhiyyə naziri idi.Gürcüstan KİV-ləri iyunun 17-də D.Sergeenko ilə yanaşı Baş nazir Mamuka Baxtadzenin də istefaya gedəcəyini yazmışdı.M.Baxtadze dünən hökumətin tərkibində hər hansı bir dəyişikliyin baş verəcəyini istisna etməsə də özünün və səhiyyə nazirinin istefaya getməyəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Gürcüstan XİN rəhbərindən “Keşikçidağ” bəyanatı
Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın normal şəraitdə fəaliyyət göstərməsinə imkan verilməlidir.BAKU.WS...