Türkiyənin səhiyyə naziri: “Natiq Əliyevin vəziyyəti son dərəcə ağır idi”
Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə danışıb.
APA-nın "Anadolu"-ya istinadən məlumatına görə, İstanbulda səhiyyə xidmətlərinin dəyərləndirilməsi toplantısından sonra jurnalistlərə açıqlama verən nazir deyib ki, Natiq Əliyev Türkiyəyə ağır vəziyyətdə çatdırılıb: "Bir neçə gün əvvəl Azərbaycan tərəfindən bir müraciət edildi. Bir burdan ambulans təyyarəsini göndərdik və dəyərli nazirimizi, qardaşımızı Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır vəziyyətdə gəlmişdi Türkiyəyə. Vəziyyəti son dərəcə ağır idi”.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyədə dünyasını dəyişib. Mərhumun nəşi iyunun 10-da Bakıya gətiriləcək və II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng edib
İyunun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS-in məlumatına görə, Türkiyə prezidenti Azə...