General Həzi Aslanovun işdən çıxarılması xəbəri yayıldı
Daxili İşlər Nazirliyinin daha bir rəisinin işdən azad olunması ilə bağlı məlumat yayılıb. BAKU.WS-ə daxil olan məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Arif oğlu Aslanov işdən azad olunub. Məsələni dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov BAKU.WS-ə bildirdi ki, yayılan şayiədir. "Bu məlumatların heç bir əsası yoxdur. Həzi Aslanov hazırda iş başındadır. Məlumat yalandır”, - deyə Ehsan Zahidov bildirib.
Qeyd edək ki, Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1989-cu ildən Daxili işlər orqanlarında xidmət edib:
1993-2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışıb.
2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 01.06.2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Hüquq üzrə Fəlsəfə Doktoru”dur.
Qeyd edək ki, DİN-in rəisi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsidir. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın tanınmış vəkili vəfat etdi
Azərbaycanın tanınmış vəkillərindən biri olan Elton Quliyev vəfat edib. BAKU.WS-in məlumatına görə. bu barədə "Facebook” sosial şəbəkəsində məlumat verilib. E....