DİN Günel Mövludun qardaşlarının həbs edilməsilə bağlı rəsmi məlumat yaydı

DİN Günel Mövludun qardaşlarının həbs edilməsilə bağlı rəsmi məlumat yaydı
Hadisə 1359

Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib.

 

BAKU.WS-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında  bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar.

"Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”, - deyə Ehsan Zahidov bildirib.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədovun qardaşı oğlunun həbs xəbəri ilə bağlı rəsmi açıqlama

Ziya Məmmədovun qardaşı oğlunun həbs xəbəri ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyinə oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun həbs edilməsilə bağlı məlumat daxil o...

4259 Hadisə 09:58 12 oktyabr 2015

Son xəbərlər