Ermənistanda vitse-spiker müxalifətçini döyüb - FOTO
30
apr
2020
10:39
Ermənistan Parlamentinin vitse-spikeri Alen Simonyan müxalif "Adekvad" partiyasının fəalı Artur Danielyanı küçənin ortasında döyüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.
Hadisəyə səbəb müxalif erməninin vitse-spikeri homoseksual adlandırması olub. Tərəflər arasında küçədəki mübahisəyə daha iki müxalifətçi qoşulub.
Artur Danielyan aldığı zərbədən sonra xəstəxanaya müraciət edib. O həmçinin Alen Simonyanın zorakılıq etməsini əks etdirən şəkil də paylaşıb.
Oxşar xəbərlər
33 yaşlı musiqiçini küçənin ortasında qətlə yetirdilər
Amerikalı reper Nipsey Hussley (Ermias Asqedom) küçənin ortasında güllələnib. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə Los-Ancelesdə ifaçının mağ...