33 yaşlı musiqiçini küçənin ortasında qətlə yetirdilər
01
apr
2019
15:43
Amerikalı reper Nipsey Hussley (Ermias Asqedom) küçənin ortasında güllələnib. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə Los-Ancelesdə ifaçının mağazasının qabağında baş verib. Məlumata görə, 20 yaşlı qaradərili gənc reperə yaxınlaşaraq, bir neçə dəfə ona atəş açıb. Daha sonra isə qadının idarə etdiyi avtomobilə minərək hadisə yerindən uzaqlanıb.Bir neçə güllə yarası alan 33 yaşlı musiqiçinin həyatını xilas etmək mümkün olmayıb. Reper xəstəxanaya aparılarkən yolda ölüb. Güllələnmə zamanı daha iki nəfər xəsarət alıb. Qeyd edilir ki, Ermias Asqedom özü "Crips" adlı kriminal qruplaşma ilə əlaqəsi olub.AyselBAKU.WS
Oxşar xəbərlər
Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var - VİDEO
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.Xezerxeber.az-ın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək i...