Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var - VİDEO

Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var - VİDEO
Video
Hadisə 988
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.Xezerxeber.az-ın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 67 yaşlı Əli Məmmədovu avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.Sumqayıtda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidə yolu keçmək istəyən 35 yaşlı Seymur Vəliyevi maşın vurub. Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Masallıda da ölümlə nəticələnən yol qəzası baş verib.Rayon sakini 43 yaşlı Mustafa Sadıxov idarə etdiyi avtomobillə ötmə əməliyyatı edərkən qarşıdan gələn həmyerlisi 47 yaşlı Mirhüsey Abdullayevin idarə etdiyi avtomobillə toqquşub. Nəticədə xəsarət alan Mirhüseyn Abdullayev və sərnişini 88 yaşlı Şəhrəbanu Ağayeva təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı Şəhrəbanu Ağayeva xəstəxanada dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Oxşar xəbərlər

67 yaşlı kişini öldürən şəxs tutuldu

67 yaşlı kişini öldürən şəxs tutuldu

Gəncədə piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, ötən gün saat 21:55-də Seymur Aslan oğlu Aslanov idarə etdiyi “Mercedes C240”...

459 Hadisə 10:14 12 mart 2019

Son xəbərlər