Qazaxda 25 yaşlı gəlin güllələnib
14
apr
2018
14:56
Qazax rayonunda güllələnmə hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlını güllələyən kriminal dəstə üzvü Bakıda öldürüldü
Masallı rayon sakinini Rusiyadan gələrək güllələyən şəxs Bakıda öldürülüb.BAKU.WS Trend-ə istinadən bildirir ki, Masallı rayonunda silahlı insident nəticəsində...