Azərbaycanda həbsxanada silahlı insident: 1 nəfər yaralanıb

Azərbaycanda həbsxanada silahlı insident: 1 nəfər yaralanıb
Hadisə 2310
Salyanda silahlı insident qeydə alınıb.“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib.Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.İlkin məlumata görə, insident yaralı ilə xidmət yoldaşı arasında mübahisə zəminində baş verib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda atışma: 1 nəfər yaralanıb

Bakıda atışma: 1 nəfər yaralanıb

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb.199...

2430 Hadisə 23:05 06 sentyabr 2017

Son xəbərlər