Hacıqabulda evə silahlı basqın: 5 nəfər öldürüldü
31
iyl
2017
09:04
Səhər saatlarında Hacıqabul rayonunda silahlı insident baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, rayonun naməlum şəxs tərəfindən 2 nəfər güllələnərək qətlə yetirilib, 1 nəfər isə ağır odlu silah yarası alıb. Hacıqabulda 2 nəfərin öldürülməsi, 1 nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Hadisə bir nəfərin Bayram İbrahimov küçəsində yerləşən evə silahlı basqın etməsi nəticəsində baş verib. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir. Qətlə yetirilən şəxslərdən biri qadındır. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsident zamanı ağır odlu silah yarası alan digər şəxs Hacıqabul xəstəxanasına yerləşdirilib. İnsident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Naməlum silahlı şəxs evə girərək 4 nəfəri qətlə yetirib, daha sonra özünü öldürüb. Öldürülənlər bir ailənin üzvləri olublar. Bunlar Namiq və Nazim Məmməd oğlu Qəmbərovlar, həmçinin Gülbağda və Almara Məmməd qızı Qəmbərovalardır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 6 günlük körpə oğurlandı, su quyusuna atıldı
Lənkəran rayonunun Darquba kəndində körpə ölümü hadisəsi baş verib. "Report"un Cənub bürosu xəbər verir ki, 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının...