Azərbaycanlı deputata qarşı zorakılıq ittihamı irəli sürülüb
13
iyn
2018
21:37
Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanova qarşı zorakılıq ittihamı irəli sürülüb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə A. Süleymanov Rustavi prokurorluğunda dörd saatdan çox davam etmiş dindirilmə və ittihamın irəli sürülməsi prosedurundan sonra bildirib.O, ittihamla razılaşmayaraq, onun siyasi xarakter daşıdığını deyib: “Bu, Baş Prokurorluğun Vahid Milli Hərəkat partiyasına qarşı növbəti siyasi oyunudur. Mənim Marneulidəki insidentdə heç bir günahım yoxdur”.Marneulidə baş vermiş insidentin qurbanı yerli sakin Elçin Allahverdiyevin vəkili Yekaterina Midodaşvili bildirib ki, müdafiə etdiyi şəxs ifadəsində A. Süleymanovu onu fiziki təhqirə məruz qoyduğunu, Marneulinin icra başçısı Temur Abazovun isə ona qarşı seksual xarakterli zorakılıqla hədə-qorxu gəldiyini deyib.Qeyd edək ki, bu gün Marneuli rayonunun icra başçısı T. Abazov E. Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Faktla bağlı istintaqa A. Süleymanov da cəlb olunub. Deputatın toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı icra başçısı bu videoya görə saxlanıldı: Alçaldıb videoya çəkdilər - VİDEO
Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata görə, Marneuli şəhərinin meri Temur Abazov bir şəxsə qarşı qrup halında alçaldıcı və ya qeyri-insani münasibəti t...