Tanınmış jurnalist azadlığa buraxıldı

Tanınmış jurnalist azadlığa buraxıldı
Hadisə 819
"Azel.tv" saytının təsisçisi və redaktoru Əfqan Sadıqov sərbəst buraxılıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, mayın 22-də azadlığa çıxıb.Qeyd edək ki, "Azel.tv" saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə təqsirləndirilsə də, ittihamı qəbul etmir.O, 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarı ilə onun cəzası bir il azaldılıb.Xatırladaq ki, 2017-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş, Yasamal Rayon İcra Hakimiyyətinin indiki başçısı Əziz Əzizov xüsusi ittiham ilə məhkəməyə müraciət edib. İcra başçısı jurnalisti ona qarşı böhtan yaymaqda günahlandırıb. Lakin Ə.Əzizov Cəlilabad Rayon Məhkəməsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini geri götürüb.BAKU.WS

Oxşar xəbərlər

İcra başçısı birinci müavinini işdən çıxardı - 2 təyinat

İcra başçısı birinci müavinini işdən çıxardı - 2 təyinat

Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, icra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxa...

1849 Siyasət 10:29 10 may 2018

Son xəbərlər