Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.
Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır.
"Türkiyə olaraq 2053-cu il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu formalaşdırmaq üçün səylərimizi səfərbər edirik. 2024-2030-cu illəri əhatə edəcək proqramla 100 milyon ton karbon tullantılarını azaltmağı hədəfləyir. Azərbaycanda keçirilən COP29 tədbirində qəbul edilmiş sənədlərinin təsdiqlənməsinin ölkəmizdə son mərhələdə olduğunu qeyd etmək istəyirəm. Şuşanın 2026-cı il üçün ECO turizm mərkəzi seçilməsi münasibətilə Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımızı təbrik edirəm", - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar
Yasamal Rayon İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub. BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, icra başçısı Elşad Həsənov...