"Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı
Yeniliklərdən dərhal xəbərdar olun
Vyetnamda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Prezidenti To Lam ilə görüşərək enerji, bərpaolunan mənbələr və infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün sonunda liderlər birgə bəyanat yayıb və müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalayıblar.
BAKU.WS xəbər verir ki, "Haber Global" İlham Əliyevin vyetnamlı həmkarı ilə görüşü barədə süjet hazırlayıb.
Süjetdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi də əksini tapıb.
Bildirilir ki, İlham Əliyev və To Lamın nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə ikitərəfli münasibətlər və əməkdaşlıq sahələri müzakirə olunub. Azərbaycan Prezidenti Vyetnamın beynəlxalq arenada artan roluna diqqət çəkib.
Daha ətraflı vüdeosüjetdə:
Oxşar xəbərlər
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. BAKU.WS "Report"a istinadə...