Əfqanıstanda itən “məşhur” körpə yaxınlarına qovuşdu
“Taliban” Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra avqustun 19-da Kabil hava limanında yaranan xaos zamanı atası tərəfindən iki aylıq olarkən ABŞ əsgərlərinə təhvil verilən körpə dünən yaxınlarına təhvil verilib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Süheyl Əhmədi adlı uşağı Kabil hava limanında tapan Həmid Safi həftələrlə davam edən danışıqlardan sonra uşağı ailəsinə qaytarıb.
ABŞ-ın Əfqanıstandakı səfirliyində xidmət etmiş ata Mirzə Əli Əhmədi noyabr ayında Böyük Britaniyada yerləşən “Reuters” xəbər agentliyinə itkin düşmə hekayəsini danışıb. Əhmədi təxliyə prosesi zamanı ölkəni tərk etmək üçün avqustun 19-da həyat yoldaşı və 5 uşağı ilə birlikdə Kavil hava limanına gəldiyini açıqlayıb.
O zaman iki aylıq olan Süheylin izdihamın içində əziləcəyindən qorxan Əhməd körpəni barmaqlıqların o biri tərəfindəki ABŞ əsgərlərinə təhvil verib. Lakin həmin anda Taliban qüvvələri izdihamı sıxışdırıb uzaqlaşdırdığından Əhmədi və ailəsi yarım saat gec içəri daxil olublar. Bundan sonra körpə tapılmayıb və ABŞ hərbçiləri körpənin ölkədən çıxarıla biləcəyini deyincə, ailə evakuasiya təyyarəsinə minərək ABŞ-a gedib. Ancaq Süheylin izi itib.
Sonradan məlum olub ki, 29 yaşlı taksi sürücüsü Safi körpəni hava limanında taparaq özü ilə aparıb. Safinin Süheyli öz övladı kimi böyütməyə qərar verib.
Əhmədi isə Əfqanıstandakı qohumlarına xəbər verib və körpəni götürmələrini istəyib.
Əhmədinin qayınatası Məhəmməd Qasim Rəzəvi körpəni götürmək üçün Kabilə gedib. Ancaq ailəsinin də ölkədən təxliyə olunmasını istədiyini deyən Safi körpəni verməyib. Bundan sonra Rəzəvi polisə adam oğurluğu ilə bağlı şikayət edib.
Rəsmilər daha sonra iki tərəfin razılığa gəldiyini bildirdilər. Razavi Safinin körpəyə qulluq zamanı xərclərini qarşılamaq üçün ona kompensasiya ödəyib.
Beləliklə də, körpə polisin iştirakı ilə yaxınlarına təhvil verilib.
Keçən ay hərbi obyekti tərk edərək Miçiqanda bir evdə məskunlaşan Əhmədi və həyat yoldaşı video zəng vasitəsilə körpələrini görməkdən çox xoşbəxt olduqlarını bildiriblər. Ailə Süheyli bir an əvvəl ABŞ-a gətirmək istəyir.
Oxşar xəbərlər
Çavuşoğlu Kabil hava limanının işlədilməsi barədə: “Qətər və ABŞ-la birgə çalışırıq”
“Kabil hava limanının işlədilməsi mövzusunda Qətər və ABŞ-la iki mərhələli şəkildə birlikdə çalışırıq”. “HaberGlobal” bildirdiyinə görə, bunu Türkiyənin xarici...