Əfqanıstan DİN: "Hakimiyyət “Taliban”a dinc yolla veriləcək" - YENİLƏNİB

Əfqanıstan DİN: Hakimiyyət “Taliban”a dinc yolla veriləcək - YENİLƏNİB
Siyasət 676

Əfqanıstanda hakimiyyət radikal “Taliban” hərəkatına dinc yolla veriləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri Abdul Sattar Mirzakval bildirib.

O, qeyd edib ki, radikal hərəkatən silahlıları paytaxta hücum etməyəcəklər.

***12:50

Radikal “Taliban” hərəkatı öz döyüşçülərinəə Əfqanıstanın paytaxtı Kabilə daxil olmamaqla bağlı göstəriş verib. Hazırda hökumət üzvləri ilə şəhərə sülh yoluyla daxil olmaq barədə danışıqlar aparılır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə 1TV News telekanalı məlumat yayıb.

Hakimiyyət orqanları radikallarla danışıqların başlaması barədə hər hansı xəbər yaymayıblar.

Daha əvvəl xəbər verilib ki, silahlılar paytaxtın qərbindəki Kabil Universitetinə nəzarəti ələ alıblar.

Öz növbəsində “Taliban”ın rəsmi nümayəndəsi Zabihulla Mücahid özünün tvitterdəki hesabında bildirib ki, “Taliban” rəhbərliyi döyüşçülərinə Kabilə hücum etməmək barədə əmr verib.

“Biz döyüşçülərimizə Kabilin girişində dayanmağı, şəhərə hücum etməməməyi əmr etdik”, - o yazıb.

Son xəbərlər