Çavuşoğlu Kabil hava limanının işlədilməsi barədə: “Qətər və ABŞ-la birgə çalışırıq”
“Kabil hava limanının işlədilməsi mövzusunda Qətər və ABŞ-la iki mərhələli şəkildə birlikdə çalışırıq”.
“HaberGlobal” bildirdiyinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.
Əfqanıstanda Kabil aeroportunun idarə edilməsi ilə bağlı açıqlamalar verən türkiyəli nazir qeyd edib ki, humanitar yardım və ticari təyyarələrinin uça biləcəyi standartlara uyğun uçuşların başlamasında təhlükəsizlik əsas meyardır.
“Hava limanında təhlükəsizliyi kim təmin edəcək? “Taliban” bunu təmin edə biləcəyini iddia edir. Hava limanı hazırda bəzi texniki uçuşların və ya humanitar təyyarələrin enişi üçün açılıb. Bir neçə daxili uçuşlar da açılıb. Ancaq bundan başqa humanitar yardım daşıyan təyyarələr, təxliyə edilməli olan insanlar da var. Türkiyəyə qayıtmaq istəyən vətəndaşlarımızın çoxunu gətirdik. 1400-dən çox adamı təxliyə etdik”, - deyə Çavuşoğlu vurğulayıb.
O bildirib ki, “Taliban” hava limanının xaricində təhlükəsizliyi təmin edə bilər, ancaq daxildə beynəlxalq ictimaiyyətin etibar edə biləcəyi bir quruluşun olması lazımdır.
Oxşar xəbərlər
Kabil qan gölünə çevrildi: 60 ölü, 150 yaralı var - FOTO/VİDEO
Əfqanıstanın paytaxtı Kabildə dünən gecədən etibarən 6 partlayış baş verib. BAKU.WS xəbər verir ki, hava limanında baş verən partlayış da daxil olmaq, terror ak...