Dünya çempionu Herd Müller vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya və Avropa çempionu olan və ən yaxşı bombardirlərdən hesab edilən almaniyalı futbolçu Herd Müller vəfat edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "Bayern Münhen" in mətbuat xidməti "Twitter" səhifəsində yazıb.
O, 3 noyabr 1945 -ci ildə Almaniyanın Nördlingen şəhərində anadan olub. 76 yaşında dünyasını dəyişib. Herd Müllerin nədən öldüyü bəlli deyil . Futbolçu Qızıl top və 2 dəfə Qızıl buts laureatı olub.
Qeyd edək ki, 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.
Onu da qeyd edək ki, Herd Müller üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə "Bavariya" klubunun hücumçusu olub, Almaniya millisində oynayıb.
Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur.
Oxşar xəbərlər
Türkiyədə dəhşətli meşə yanğınlarından ürək ağrıdan GÖRÜNTÜLƏR - VİDEO
Türkiyədə dəhşətli meşə yanğınları davam edir. BAKU.WS xəbər verir ki, meşə yanğınları bu günə kimi Kayseri, Manisa, Kütahya, Balıkesir, Kilis, Kahraman Maraş,...