“Bumble”nin qurucusu dünyanın ən gənc milyarder qadını oldu

“Bumble” tanışlıq xidmətinin qurucusu və rəhbəri, 31 yaşlı Vitni Volf Herd (Whitney Wolfe Herd) dünyanın ən gənc qadın milyarderi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məşhur “Forbes” jurnalı yazıb.
Məlumata görə, bu həftənin cümə axşamı günü “Bumble” mobil tətbiqinin səhmlərinin qiyməti ilkin tədavüllə (IPO) müqayisədə 77 % artıb. Son nəticədə səhmlərinin 11,6 %-nə nəzarət edən gənc sahibkarın sərvəti 1,6 milyard ABŞ dollarına çatıb.
Xatırladaq ki, “Bumble” bazara çıxarılandan ABŞ-da ən sürətlə inkişaf edən tanışlıq xidmətlərindən biri olub. Şirkətin uğurları sayəsində V.V.Herd ötən il “Forbes”in "ABŞ-ın ən uğurlu qadın sahibkarları və icraçı qadınları" siyahısına daxil olub. O həm də "30-30" mükafatının da laureatıdır.
Oxşar xəbərlər
İlon Maskın sərvəti bir həftədə 11,5 mlrd. dollar artıb
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın aktivlərinin ümumi dəyəri bir həftə ərzində 11,5 milyard dollar artıb. BAKU.WS APA-ya istinadən xəbər veri...
