Çində uşaq bağçasına hücum: Ölənlər arasında uşaqlar da var

10
iyl
2023
11:56
Çinin Quandun əyalətində uşaq bağçasına bir kişinin bıçaqla hücumu nəticəsində azı 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerli vaxtla saat 07:40-da (Bakı vaxtı ilə 03:40 - red.) baş verib.
İnsident zamanı bir müəllim, iki valideyn və üç uşaq ölüb.
Məlumata görə, polis uşaq bağçasına hücum edən 25 yaşlı gənci saxlayıb.
Polis hadisənin təfərrüatlarını açıqlamasa da, hücumu qəsdən planlaşdırılmış insident adlandırıb.
Oxşar xəbərlər
“5G” şəbəkəsi ilə tam əhatə olunan ilk şəhər açıqlandı
Çinin Quandun əyalətində yerləşən Şençjen dünyada beşinci nəsil mobil rabitə şəbəkəsi ilə tam əhatə edilən ilk şəhər olub. Bu barədə şəhər administrasiyasının r...
