Azərbaycan XİN Nalbandyanın cavabını verdi

Azərbaycan XİN Nalbandyanın cavabını verdi
Siyasət 719
Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb.Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın çıxışını şərh edərkən bildirib.H.Hacıyev qeyd edib ki, Ermənistan xarici işlər nazirinin nağıllara müraciət etməsi təəccüblü deyil: "Çünki Ermənistanın mifik nağıllar dünyası əsasında özünə reallıq qurması heç kimə sirr deyil. Ermənistanın iddia etdiyi məntiqsizlik ancaq nağıllarla izah edilə bilər. Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin bu kimi nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb".XİN rəsmisi əlavə edib ki, BMT TŞ-nin qətnamələrində olduğu kimi, Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı sammitinin yekun sənədini oxuyub başa düşmək əvəzinə Ermənistan XİN rəhbəri nağıllar və əfsanələrə müraciət edir:"Avropa İttifaqının Brüssel sammitinin yekun bəyanatında bütün Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə münasibətdə Aİ öhdəliyi bir daha ifadə olunur".BAKU.WS

Oxşar xəbərlər

Nalbandyanın cavabı verildi

Nalbandyanın cavabı verildi

Ermənistan xarici işlər nazirinin bir-birini təkrarlayan açıqlamalarına xüsusi şərh verməyə lüzum görmürük.BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Xarici İş...

977 Siyasət 23:23 29 yanvar 2018

Son xəbərlər