Nalbandyanın cavabı verildi
29
yan
2018
23:23
Ermənistan xarici işlər nazirinin bir-birini təkrarlayan açıqlamalarına xüsusi şərh verməyə lüzum görmürük.BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər nazirinin beynəlxalq ictimaiyyəti, yoxsa erməni xalqını aldatmağa cəhd göstərdiyini başa düşmək çox çətindir: “Məsələlərin dərin mahiyyətinə bələd olan şəxslər bilirlər ki, onun dedikləri reallıqdan tamamilə kənardır. Onun çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyildir.”Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması məsələsi bilavasitə substantiv və məntiqi danışıqlardan asılı köməkçi vasitədir: “Krakovda münaqişənin həlli ilə əlaqədar çox məntiqli danışıqlar aparılıb.”“Bu kimi çıxışları gördükdə Ermənistanın nəyə görə mövcud siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olduğunu anlamaq çox asandır. Erməni xalqı özü kimlərin ölkə rəhbərliyində olduğunu görüb nəticə çıxarmalıdır”, - deyə Hikmət Hacıyev əlavə edib.BAKU.WS
Oxşar xəbərlər
Qarabağ münaqişənin həllinə dair həmsədrlərdən yeni təklif
Krakov görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.BAKU.WS-in məlumatına görə, bunu Krakov görüşünün...