Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
15
sen
2018
15:00
Sentyabrın 15-də Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü olub.BAKU.WS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olundu. Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulandı.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.Parlament sədri Qordan Yandrokoviç Prezident İlham...