İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüş olub

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüş olub
Siyasət 879
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulandı.Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.BAKU.WS

Oxşar xəbərlər

Ərdoğan Azərbaycan prezidentini təbrik edib

Ərdoğan Azərbaycan prezidentini təbrik edib

Aprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS-in məluma...

1518 Siyasət 00:04 12 aprel 2018

Son xəbərlər