Azad olunan ərazilərdə daha 189 mina zərərsizləşdirilib
21
yan
2025
14:26
Azad olunan ərazilərdə yanvarın 13-19-da 100 tank əleyhinə mina, 89 piyada əleyhinə mina, 192 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 601.8 hektar ərazi minalardan təmizlənib.
Oxşar xəbərlər
Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib. BAKU.WS komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Şirvan şəhə...