ABŞ-da güclü qar səbəbindən nəqliyyat iflic olub

Şənbə günü ABŞ-ın şərq sahillərində tüğyan edən növbəti qar fırtınası səbəbindən 3500-dən çox aviareys ləğv olunub və 80 mindən çox insan işıqsız qalıb.
BAKU.WS CNN telekanalına istinadən xəbər verir ki, Cənubi və Şimali Karolina ştatlarında meydana gələn təbiət kataklizmi təqribən 50 milyon amerikalıya təsir göstərib və Atlantik okeanı sahilləri boyunca şimala doğru - Delaver, Nyu-Cersi və Nyu-York istiqamətində hərəkət edir.
Massaçusets ştatında 79 min, Delaverdə 4 minə yaxın istehlakçı elektriksiz qalıb.
“FlightAware” portalının məlumatına görə, şənbə günü ABŞ-a gələn, ölkədən uçan və yaxud ölkə daxilində 3520 reys ləğv olunub. Bazar gününə nəzərdə tutulan 800 reysin də artıq ləğv olunduğu bildirilir.
Həmçinin bildirilir ki, yerüstü rabitə də pozulub. Belə ki, Amtrak milli dəmir yolu sərnişin korporasiyası pis hava şəraiti səbəbindən Nyu-York, Vaşinqton, Boston və Çikaqo arasında əlaqəni dayandırıb. Şəhərlərarası avtobus şirkətləri də reysləri ləğv ediblər.
Yerli hakimiyyət hər kəsi evdə qalmağa və müvəqqəti olaraq səyahətləri dayandırmağa çağırıb.
Qar fırtınasının bazar gününədək davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bu gün Moskvanın hava limanlarında 80-dən çox aviareys ləğv edilib
Bu gün Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 80-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, aviareys...
