SİZİN REKLAM BURADA!
055 213 76 73



Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi "Zeytin budağı" əməliyyatının 4 günlük nəticələri açıqlanıb. 

BAKU.WS-in məlumatına görə, əməliyyatlarda 260 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin açıqladığı məlumatlara görə, əməliyyatlar planlaşdırıldığı üzrə uğurla davam etdilir. Döyüşlər zamanı ümumilikdə 3 türk əsgəri şəhid olub. 

TSK Afrindəki əməliyyatlar zamanı Tel Rifat bölgəsində üçüncü cəbhə yaradıb. TSK Azezdən Afrin bölgəsinə qədər və terror təşkilatı YPG-nin nəzarət etdiyi Parsa dağına istiqamətli hücumları davam etditrib.

Hərbi təyyarələrlə və ağır artileriya ilə terrorçuların bazaları vurulub. Afrinin qərbindəki Əl Hamam isə PYD/PKK-dan təmizlənib. Beləliklədə 14 yaşayış məntəqəsi TSK-nın nəzarətinə keçib. 

Nazim
BAKU.WS