SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleksey Çernişov ilə görüşüb.

Bu barədə SOCAR-dan bildirilib.

Görüşdə tərəflər neft-qaz sənayesində əməkdaşlığın perspektivlərini, o cümlədən Azərbaycan qazının Ukraynada saxlanması imkanlarını müzakirə edib, enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BAKU.WS