XI Qlobal Bakı Forumu başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu başa çatıb.
"Report"un xəbərinə görə, Prezident İlham Əliyev martın 14-də Forumun açılış mərasimində iştirak edib.
Üç gün davam edən tədbir çərçivəsində qlobal çağırışlar, dünyanı narahat edən siyasi, ekoloji, təhlükəsizlik və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib.
Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib.
Oxşar xəbərlər
Bakıda XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev iştirak edib - YENİLƏNİB + FOTO
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ma...