Litvanın eks-prezidenti: Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir
Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir.
"Report" xəbər verir ki, bunu Litvanın sabiq Prezidenti Daliya Qribauskayte (Dalia Grybauskaite) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun yeddinci panel müzakirəsində deyib.
Onun sözlərinə görə, dünyada liderlik məsələsi şübhə altındadır: "Bu gün dünyada liderlər öz məsuliyyətlərini dərk etmirlər. Bu da faktiki olaraq bizi çətin vəziyyətə salır. Çox açıq şəkildə görürürk ki, Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir. Avropada, Yaxın Şərqdə liderliklə və təhlükəsizliklə bağlı boşluqlar var".
Oxşar xəbərlər
Bakıda XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev iştirak edib - YENİLƏNİB + FOTO
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ma...