Bakı Forumu: “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda panel iclası keçirilib - YENİLƏNİB

Bakı Forumu: “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda panel iclası keçirilib - YENİLƏNİB
Foto
Siyasət 34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, Forum çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda növbəti panel iclası keçirilib.

2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə Rezident Əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud, 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa və İslam Əməkdaşlıq Təşkilatının 2004-2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu iştirak ediblər.

Panel iclasında çıxış edən Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa qeyd edib ki, Yaxın Şərq regionu nüvə və digər təhlükəli silahlardan azad olmalıdır.

Onun sözlərinə görə, Fələstin ərazilərində qanunların işlədiyi görülmür:

“Bunu masaya gətirmək lazımdır. Qəzzada xarici işğal bitməlidir. İsraili Yaxın Şərq icmasının üzvü olaraq da tanımalıyıq. Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ var. İsrailin də var olmaq, təhlükəsizlik hüququ var. Biz burada sülhdən yanayıq”.

Daha sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatının 2004-2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu qeyd edib ki, Yaxın Şərqdə əməkdaşlıq və sülhlə bağlı məsələ uzun müddətdir müzakirə olunur:

“Biz Yaxın Şərq insanlara diqqət yetirdikdə görürük ki, müəyyən dəyərləri və yanaşmaları bölüşürlər. Bölgədə radikalizm və terror vardır. Bu regionun isnanları sülh içində yaşamaq istəyirlərsə, onlar bu cür mühitin yaradılması haqqında düşünməlidirlər”.

E.İhsanoğlu vurğulayıb ki, Yaxın Şərq ölkələri arasında iqtisadi və ticari əlaqələrin qurulması da münasibətlərin normallaşmasına gətirib çıxara bilər:

“Bu region digərləri ilə müqayisədə daha bir-birinə bağlıdır. Bölgənin daxilindəki və xaricindəki qüvvələrlə heç bir düşmənçilik olmamalıdır”.

Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud isə düşünür ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) yenilənməlidir.

O, Yəməndəki hadisələrə də toxunub: “Ümid edirəm ki, orada da sülh olacaq”.

Panel iclası çıxışlarla davam etdirilib.

***12:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, Forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilib.

Bosniya və Herseqovinanın 2001-2002-ci illərdə Baş naziri; Bosniya və Herseqovinanın 2012-2015-ci illərdə Baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-2010-cu illərdə Çexiyanın Baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak ediblər.

İclasda çıxış edən 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç həmişə qonşu ölkələrin Aİ və NATO-ya daxil olmasını dəstəklədiyini bildirib:

“Aİ qlobal elementə çevrilmək istəyirsə, Qərbi Balkanları üzv etməlidir. Hesab edirəm ki, Balkan ölkələrinin Aİ-yə qoşulması regionun bütün ölkələri üçün ümumi müzakirə platforması yaradacaq. Zaman dəyişdi, Ukraynadakı müharibə Aİ-nin bütün təhlükəsizliyini pozdu”.

Eks-prezidentin sözlərinə görə bəzi ölkə rəhbərləri son zamanlar söyləyirlər ki, Aİ üzvü olmaq istəyirlər: “Mənə maraqlıdır ki, onlar bu sözü deyən zaman nə qədər səmimidirlər?!”

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov isə qeyd edib ki, Ukraynanın Avropa İttifaqına üzv olunması çox vacibdir:

“Cənab Volodimir Zelenski də bu prosesin tezləşdirilməsini xahiş edib. Artıq Ukraynanın Avropa İttifaqına üzv olmasına dair prosedurun həyata keçirilməsi sürətli şəkildə başlanılıb. Bildiyiniz kimi, Ukraynadan başqa Gürcüstan və Moldova da Aİ-yə üzvlüklə bağlı müraciət ediblər”.

Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku vurğulayıb ki, Qərbi Balkanların Avropa İttifaqına inteqrasiyası olmasa bu qurumda hər hansı bir inkişaf olmayacaq.

Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiçin fikrincə belə forumlarda danışmaq lazımdır: “Biz məqsədlərdən danışmalıyıq. Hesab edirəm ki, Qlobal Bakı Forumu faydalı olacaq. Rusiyanın Ukraynaya təcavüzü Monteneqrodakı vəziyyətə də təsir göstərib. Bizdə iki həftədən də az müddətdə prezident seçkiləri keçiriləcək. Monteneqro kiçik ölkədir. Biz böyük alyansın üzvü olmalıyıq”.

Panel iclası çıxışlarla davam etdirilib.

*** 09:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilir.

Bosniya və Herseqovinanın 2001-2002-ci illərdə baş naziri; Bosniya və Herseqovinanın 2012-15-ci illərdə baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-20-ci illərdə Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-10-cu illərdə Çexiya Respublikasının baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-16-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak edirlər.

Hazırda panel iclası çıxışlarla davam edir.

Oxşar xəbərlər

Son xəbərlər