SİZİN REKLAM BURADA!
055 213 76 73


Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səs verib.

BAKU.WS xəbər verir ki, o, paytaxtdakı 24 saylı Nizami birinci seçki dairəsinin 20 nömrəli məntəqəsində səsvermə hüququndan istifadə edib.

Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

BAKU.WS