Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI

Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Siyasət 0

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.

“Report”un əldə etdiyi Təqvim planını təqdim edirik:

Azərbaycan Respublikası Mərkəzi

Seçki Komissiyasının 8 dekabr 2023-cü

il tarixli 7/16 saylı Qərarı ilə təsdiq edilmişdir.

NÖVBƏDƏNKƏNAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN

T Ə Q V İ M P L A N I

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli 4193 nömrəli Sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri elan edilmişdir.

Sıra

sayı

Əsas hərəkət və tədbirlər

İcraçılar

Keçirilmə müddətləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və digər hüquqi aktlara əsasən

Tövsiyə olunan müddətlər

1

2

3

4

5

1

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qərarının qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 60 gün qalmış

M a d d ə l ə r : 8.1, 179.2, 207

2023-cü il dekabrın 9-dək

2

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunmasına dair Mərkəzi Seçki Komissiyası qərarının dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Seçkilərin təyin edilməsi haqqın-da qərar qəbul edil­dikdən sonra ən geci 2 gün müddətində

M a d d ə 178.3

2023-cü il dekabrın 10-dək

3

Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsi

Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəb­büs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları

Seçkilərin təyin edilməsi haqqın-da qərar rəsmi dərc olunduqdan sonra

M a d d ə l ə r : 3, 53, 54, 180

4

Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası

Sənədlərin Komissiyaya təqdim edilməsindən sonra 5 gün müd­dətində

M a d d ə l ə r : 53.6, 54.9

5

Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nüma­yəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndə­lərinə imza vərəqələrinin verilməsi

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qəra­rın-dan sonra

M a d d ə l ə r : 53.6, 54.9

6

Azərbaycan Respublikası Prezidentliyinə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması

Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, prezidentliyə namizəd, siyasi partiya, siyasi partiyaların bloku

Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qəra­rından sonra

M a d d ə l ə r : 56, 57, 181

7

Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında);

Beynəlxalq (xarici) müşahi­dəçilər (qanunla müəyyən­ləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasın­da qeydiyyatdan keçməklə)

Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçiril­məsi gününə 10 gün qalanadək

M a d d ə l ə r : 1.1.19, 1.1.20, 40.4, 40.5, 40.6, 44

2024-cü il yanvarın 28-dək

8

Seçki dairəsinin ərazisində müşahidə aparılma­sına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış nami­zədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında)

Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilmə­sinə 5 gün qalanadək

M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.7

2024-cü il fevralın 2-dək

9

Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiya­sına müraciət edilməsi

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış nami­zədin, siyasi partiyanın, si­yasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təş­kilatının təşəbbüsü əsasında); Beynəlxalq (xarici) müşahi­dəçilər (qanunla müəyyən­ləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mər­kəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə)

Seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilmə­sinə 10 gün qalanadək

M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.13, 44

2024-cü il yanvarın 28-dək

10

Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəciklərin verilməsi

Mərkəzi Seçki Komissiyası

dairə seçki komissiyaları

Müşahidə aparılması barədə qərar ərizə­nin verildiyi tarixdən Mərkəzi Seçki Komissiyası tərə-findən 3 gün müddətində qəbul edilir.

Dairə seçki komissiyası tərəfin-dən isə 2 gün müddə­tində qəbul edilir.

M a d d ə l ə r : 25.2.20, 40.6, 40.7, 44

11

Seçki rəsmiləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi

Mərkəzi Seçki Komissiyası,

dairə seçki komissiyaları

Azərbaycan Respublikası Pre­zidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublika-sında insan hüquq və azadlıq-larının müdafiəsinin səmərə­liliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndi

Mütəmadi

12

Dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi

Mərkəzi Seçki Komissi­yasının treninq qrupları

M a d d ə 25.2.7

Mütəmadi

13

Dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri üçün treninqlərin keçirilməsi

Mərkəzi Seçki Komissi­yası Katibliyinin İnformasiya Mərkəzi

M a d d ə 25.2.10

Mütəmadi

14

Televiziya və radio proqramları və digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahının, seçicilərin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, dəyirmi masalar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsi

Mərkəzi Seçki Komissiyası

M a d d ə l ə r : 25.2.7, 25.2.10

Mütəmadi

15

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklə-rində və ya konsul idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə həmin seçki dairələrinin siyahılarının təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

(Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təq­dimatı əsa-sında)

Səsvermə gününə ən azı 25 gün qalanadək

M a d d ə l ə r : 29.2, 46.8

2024-cü il yanvarın 13-dək

16

Namizədin seçki fondunun formalaşdırılması üçün xüsusi seçki hesabının açılması

Prezidentliyə namizəd və ya onun səlahiyyətli nüma­yəndəsi, siyasi partiya, siyasi partiyaların bloku

Namizədlərin qeydə alınması üçün müvafiq seçki sənədləri­nin Mərkəzi Seçki Komissiya­sına təqdim edilməsi gününə azı

5 gün, qeydiyyat üçün zəruri olan seçici imza­larının yığılmasına azı 24 saat qalmış

M a d d ə l ə r : 91.1, 91.2, 190.1

17

Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nüma­yəndəsi

Səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək

M a d d ə 58.1

2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək

18

Birinci ilkin maliyyə hesabatı

Namizəd və ya onun səla­hiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blo­kunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayən­dəsi

Qeydiyyat üçün zəruri olan sənədlərlə birlikdə hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir

M a d d ə 94.3.1

19

İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyü­nün yoxlanılması və namizədin qeydə alınıb- alınmaması haqqında qərarın qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası

Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində

M a d d ə l ə r : 59, 60, 182.1

20

Prezidentliyə namizəd, siyasi partiya, siyasi partiyаlаrın bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi

Mərkəzi Seçki Komissiyası

Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyаlаr blokunun təqdi-matının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlaya­raq 3 gün müddətində

M a d d ə l ə r : 72.1, 72.2, 186.1

21

Seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması

Məntəqə seçki komissiyaları

Səsvermə gününə azı 35 gün qalanadək

M a d d ə 48.1

2024-cü il yanvarın 3-dək

22

Seçici siyahılarının Mərkəzi Seçki Komissiya­sının internet saytında yerləşdirilməsi

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası tərə-findən müəyyənləşdirilən qayda-da təsdiq edildikdən sonra

M a d d ə 46.1

Mütəmadi

23

Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа dair tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 45 gün qalanadək

M a d d ə 101.1

2023-cü il dekabrın 24-dək

24

Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komis­siyalarına, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi

Mərkəzi Seçki Komissiyası

dairə seçki komissiyaları

Səsvermə vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir;

səsvermə gününə azı 25 gün qalanadək dairə seçki komissiya­larından məntəqə seçki komissiyalarına verilir.

M a d d ə l ə r : 101.1, 101.2

2023-cü il dekabrın 24-dək

2024-cü il yanvarın 13-dək

25

Qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 20 gün qalanadək

M a d d ə 182.3

2024-cü il yanvarın 18-dək

26

Seçkiqabağı təşviqatın aparılması

Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndə-ləri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi par­tiyaların blokları, onların səlahiyyətli nümayəndə­ləri və vəkil edilmiş şəxsləri

Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlan­masına 24 saat qalmış dayandırılır.

M a d d ə l ə r : 75, 189

2024-cü il yanvarın 15-i başlayır, fevralın 6-sı saat 8.00-da dayandırılır

27

Bilavasitə seçkilərdən əvvəl seçki məntəqələrinin yaradılması:

a) yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə;

b) həmin yerlərdə müstəsna hallarda

Dairə seçki komissiyaları

(seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azər­bay­can Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurum­larının başçıları ilə birlikdə)

dairə seçki komissiya­sının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərləri

Səsvermə gününə azı 50 gün qalanadək

M a d d ə l ə r : 35.2, 35.4, 35.5

səsvermə gününə azı 5 gün qalanadək

M a d d ə 35.5

2023-cü il dekabrın 19-dək

2024-cü il fevralın 2-dək

28

Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yaradılması;

həmin yerlərdə Mərkəzi Seçki Komissiya­sının müəyyənləşdirdiyi müstəsna hallarda seçki məntəqələrinin yaradılması

Dairə seçki komissiyaları

(müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları ilə razılaşdırmaqla)

Səsvermə gününə ən azı 50 gün qalanadək

M a d d ə l ə r : 35.2, 35.4

səsvermə gününə azı 5 gün qalanadək

M a d d ə 35.4

2023-cü il dekabrın 19-dək

2024-cü il fevralın 2-dək

29

Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi

Dairə seçki komissiyaları

Səsvermə gününə azı 45 gün qalanadək

M a d d ə 35.7

2023-cü il dekabrın 24-dək

30

Seçki Məcəlləsinin 35.4-cü və 35.5-ci maddə­lərində göstərilmiş müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumatların dərc edilməsi

Mərkəzi Seçki Komissiyası­nın müəyyən etdiyi qaydada

Seçki məntəqələrinin yaradılması günündən ən geci 2 gün keçənədək

M a d d ə 35.7

31

Azərbaycan Respublikasının hüdudlarından kənarda yаradılan seçki məntəqələri üzrə Seçki Məcəlləsinin 35.7-ci və 109-cu maddələrində göstərilən məlumatların dərc edilməsi

Azərbaycan Respublikasının müvafiq diplomatik nüma­yəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri

Seçki məntəqələri yaradıl­dıqdan, eləcə də səsvermə keçirildikdən sonra

M a d d ə 35.8

32

Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən geci

45 gün qalanadək

M a d d ə l ə r : 100.1 - 100.6

2023-cü il dekabrın 24-dək

33

Seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi

Dairə seçki komissiyaları

məntəqə seçki komissiyaları

Səsvermə gününə 45-25 gün qalanadək

səsvermə gününə 24-3 gün qalanadək

M a d d ə l ə r : 101.2 - 101.4

2023-cü il dekabrın 24-dən

2024-cü il yanvarın 13-dək

2024-cü il yanvarın 14-dən

fevralın 4-dək

34

Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi:

a) yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi;

b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi

Dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları

məntəqə seçki komissiyaları

(hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəh­bərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında)

Səsvermə gününə azı 25 gün qalanadək

Səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra;

M a d d ə l ə r : 46.1, 46.5

Səsvermə gününə azı 20 gün qalanadək

M a d d ə 46.6

2024-cü il yanvarın 13-dək

2024-cü il yanvarın 13-dək

2024-cü il yanvarın 18-dək

35

"Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən azı 20 gün qalanadək

M a d d ə 25.2.23

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qay­da­ları”nın 2.1-ci bəndi

2024-cü il yanvarın 18-dək

36

"Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən azı 10 gün qalanadək

M a d d ə 25.2.23

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qay­da­ları”nın 2.3-cü bəndi

2024-cü il yanvarın 28-dək

37

Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması

Seçicilərin olduqları ərazi­lərdə Azərbaycan Respubli­kasının diplomatik nüma­yəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri

Səsvermə gününə azı 30 gün qalanadək

M a d d ə 35.6

2024-cü il yanvarın 8-dək

38

Seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 35 gün qalanadək

M a d d ə l ə r : 99.1 - 99.4, 199

2024-cü il yanvarın 3-dək

39

Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdiril­məsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi

Dairə seçki komissiyasının təklifi ilə yerli icra haki­miyyəti orqanı və bələdiyyə qurumları

Səsvermə gününə azı 30 gün qalanadək

M a d d ə 87.6

2024-cü il yanvarın 8-dək

40

Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması

Dairə seçki komissiyasının təklifi ilə yerli icra haki­miyyəti orqanı və bələdiyyə qurumları

Səsvermə gününə 23 gün qalanadək

M a d d ə l ə r : 11, 86.3

2024-cü il yanvarın 15-dək

41

Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 20 gün qalanadək

M a d d ə 100.8

2024-cü il yanvarın 18-dək

42

Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi

Dairə seçki komissiyaları

Səsvermə gününə azı 4 gün qalanadək

M a d d ə 100.8

2024-cü il fevralın 3-dək

43

Seçkilər günü səsvermənin yeri və vaxtı barədə media və ya məlumat lövhələri vasitəsilə seçici­lərin xəbərdar edilməsi

Məntəqə seçki komissiyaları

Səsvermə gününə azı 25 gün qalanadək

M a d d ə 104.1

2024-cü il yanvarın 13-dək

44

İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi

Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri

Səsvermə gününə ən tezi 20, ən geci 10 gün qalanadək

M a d d ə 94.3.2

2024-cü il yanvarın 18-dən 28-dək

45

Seçki bülletenlərinin hazırlanması

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə ən azı 10 gün qalanadək

M a d d ə 99.4

2024-cü il yanvarın 28-dək

46

Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylan­ması

Məntəqə seçki komissiyaları

Səsvermə gününə 7 gün qalanadək

“Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referen­dumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçici­lərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndi

2024-cü il yanvarın 31-dək

47

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiya­sından dairə seçki komissiyalarına verilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə gününə azı 5 gün qalanadək

M a d d ə 99.6

2024-cü il fevralın 2-dək

48

Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi

Dairə seçki komissiyaları

Səsvermə gününə azı 3 gün qalanadək

M a d d ə 99.6

2024-cü il fevralın 4-dək

49

Səsvermənin keçirilməsi:

a) həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması;

b) seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi;

c) səsvermənin başlanmasının elan edilməsi;

ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatmasının elan edilməsi

Məntəqə seçki komissiyaları

a) məntəqə seçki komissiyaları

b), c), ç) məntəqə seçki komissiyalar­ı­nın sədrləri

M a d d ə l ə r : 104, 105, 200

2024-cü il fevralın 7-si

bir qayda olaraq

a) saat 7.30

b) saat 7.50

c) saat 8.00

ç) saat 19.00

50

Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi (gün ərzində 5 dəfə)

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi

M a d d ə l ə r : 110.5, 110.6

Seçki günü:

saat 10.00;

saat 12.00;

saat 15.00;

saat 17.00;

saat 19.00.

51

Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokol­la­rındakı məlumatların Mərkəzi Seçki Komis­siyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsi

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi

M a d d ə l ə r : 110.5, 110.6

Seçkilər günü və ondan sonra

52

Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 1-ci nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi

Məntəqə seçki komissiyası

Seçicilərin səslərinin hesablan­masına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq

M a d d ə l ə r : 106.5, 106.7

53

Məntəqə seçki komissiyasının yekun protokolu­nun 3-cü nüsxəsinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi

Məntəqə seçki komissiyası

Protokol tərtib edildikdən sonra (5 gün saxlanılmaqla)

M a d d ə 106.11

54

Seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması

Dairə seçki komissiyası

Səsvermə günündən ən geci 2 gün keçənədək

M a d d ə l ə r : 107.1 - 107.4, 202.1

2024-cü il fevralın 9-dan gec olmayaraq

55

Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi

Dairə seçki komissiyası

Protokol tərtib edildikdən sonra (10 gün saxlanılmaqla)

M a d d ə 107.7

56

Seçkilərin ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi

Mərkəzi Seçki Komissiyası

Seçkilərin ilkin nəticələri dairə seçki komissiyaları üzrə səsver­mənin nəticələrinə dair protokol Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra

M a d d ə 109.1

57

Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyasının maliyyə hesabatının dairə seçki komissiyasına təqdim edilməsi

Məntəqə seçki komissiyaları

Səsvermə günündən sonra 5 gün müddətində

M a d d ə 96.6

2024-cü il fevralın 13-dək

58

Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

Dairə seçki komissiyaları

Səsvermə günündən sonra 10 gün müddətində

M a d d ə 96.7

2024-cü il fevralın 18-dək

59

Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən başlayaraq 10 gün müddətində

M a d d ə 203

2024-cü il fevralın 17-dək

60

Yekun maliyyə hesabatının təqdim edilməsi (seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənəd­ləri də qoşulmaqla)

Namizəd və ya onun səla­hiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayən­dələri

Seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra

M a d d ə 94.3.3

61

Dairə seçki komissiyalarının protokollarında olan məlumatların tam şəkildə dərc edilməsi (həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər)

Mərkəzi Seçki Komissiyası

Səsvermə günündən sonra 45 gün müddətində

M a d d ə l ə r : 109.2, 208

2024-cü il martın 24-dək

62

Büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları vəsaitinin və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və media nümayəndələrinə təqdim edilməsi

göstərilən maliyyə hesabatının və məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası

Seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində

M a d d ə 96.9.

Hesabatın və məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Res­publikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində

M a d d ə 96.9

63

Məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi

Mərkəzi Seçki Komissiyası

Seçki günündən sonra 6 ay müddətində

M a d d ə 109.5

2024-cü il avqustun 8-dək

Son xəbərlər