VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Moskvada rekonstruksiya edilən 111 illik Mərkəzi Məscidin açılışı üçün Rusiyaya gedib.
 
BAKU.WS məlumat verir ki, tatar iş adamı Saleh Erzin tərəfindən 1904-ci ildə inşa edilən Moskva Mərkəzi Məscidində yeddi il əvvəl başlanan bərpa işləri sona çatıb.
 
Qurban Bayramı ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas və bir çox dövlət rəsmilərinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.

Açılışa Rusiya Dövlət Başçısı Vladimir Putinin də qatıldığı bildirilir. Açılış mərasimindən sonra Ərdoğan və Putinin Kremlin Sarayında rəsmi görüşü olacaq.

20-ci əsrin əvvəllərindəki Tatar memarlıq nümunəsini əks etdirən Mərkəzi Məscid Sovet höküməti zamanında Moskvada fəaliyyət göstərən tək məsciddir.

Məsciddə 10 min nəfər ibadət edə biləcək. Memarlar 111 illik məscidin klassik dekorasiyasını qoruyub saxlayıblar. Məsciddə kondisionerlər, 7 lift, konfrans salonu, nəşriyyat üçün avadanlıqlar da var.
 
Ayşən Ayxan
BAKU.WS