Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar

Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar
İdman 0

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.

BAKU.WS xəbər verir ki, II turda Azərbaycanın kişilərdən ibarət yığması Filippin millisini 3:1 hesabı ilə məğlub edib.

Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərinə qalib gəliblər. Aydın Süleymanlı və Eltac Səfərli isə görüşlərini heç-heçə başa vurublar.

Qadınlardan ibarət Azərbaycan millisi isə Danimarka yığmasını 4:0 hesabı ilə məğlub edib. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət komandanın heyətində Fətəliyeva, Məmmədzadə, Balacayeva və Məmmədova rəqiblərinə qalib gəliblər.

Qeyd edək ki, ilk turda Azərbaycanın kişilərdən ibarət millisi Mərakeşi, qadınlardan ibarət yığmamız isə Qvatemalanı 4:0 hesabı ilə məğlub edib.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir. Yarış sentyabrın 27-də başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər