Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov feysbuk hesabında yazıb.
O, bu xəbərin hər kəsin ürəyincə olacağını bildirib:
"Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək".
Qeyd edək ki, təqvimə əsasən Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-nə planlaşdırılıb.
Oxşar xəbərlər
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
İranın "Fars" informasiya agentliyi ABŞ və İsrailin mümkün yeni hücumlarına cavab olaraq zərbələr endirilə biləcək Yaxın Şərqdəki obyektlərin siyahısını dərc ed...