Lamin Yamal şəxsi rekordunu təkrarlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda "Rasinq"lə oyunda fərqlənməklə nail olub.
7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.
Xatırladaq ki, İspaniya millisinin üzvü "Rasinq"lə qarşılaşmadan əvvəl "Rayo Valyekano" (dubl), "Valensiya" (dubl), "Feyenoord" və "Levante" (dubl) ilə qarşılaşmalarda fərqlənmişdi.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...