Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər.
BAKU.WS report-a istinadən xəbər verir ki, kişilərdən ibarət komanda II turda Filippinlə üz-üzə gələcək.
Qadınlardan ibarət kollektiv isə Danimarka ilə qarşılaşacaq.
Təmsilçilərimiz I turda müvafiq olaraq Mərakeş və Qvatemala yığmalarına 4:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
Oxşar xəbərlər
Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı
UEFA Çempionlar Liqasının liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Ştutqart"ı qəbul edib. BAKU.WS xəbər verir ki, İstanbulda keçiri...