15 yaşlı qız doğduğu körpəni boğaraq öldürüb və zibilə atıb - FOTO

15 yaşlı qız doğduğu körpəni boğaraq öldürüb və zibilə atıb - FOTO
Foto
Siyasət 525

Böyük Britaniyada Paris Mayo adlı qız 15 yaşında cinayət törədib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 19 yaşı olan Mayo 4 il əvvəl atası və anası ilə yaşadığı evdə qız övladı dünyaya gətirib.

Daha sonra o uşağın boğazına pambıq dolduraraq onun boğub və öldürüb. Daha sonra isə zibil torbasına atıb.

Paris qardaşı işə gedəndə ona mesaj göndərərək zibil torbasını konteynerə atmasını tapşırıb. Lakin qardaşından əvvəl anası zibil torbasında cansız körpə cəsədi olduğunu görüb. O həmin dəqiqə polisə zəng edib. Hadisə yerinə gələn polis əməkdaşları Parisi şöbəyə apararaq həbs ediblər.

O ifadəsi zamanı hamilə olduğunu qəfildən öyrəndiyini və körpənin ölü doğulduğunu bildirib.

Araşdırmalardan sonra uşağın anası tərəfindən boğularaq öldürüldüyünü məlum olub. Paris Mayonun istintaq prosesi hələ də davam etdirilir.

Son xəbərlər