Ofisiant aşpazı 5 saat girov saxladı - ANBAAN VİDEO
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda yerli restoranların birində sığorta üstündə yaranan mübahisə aşpazın girov götürülməsi ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, restoranda ofisiant işləyən Kamil Tarık Albayrak adlı şəxs aşpazı 5 saat girov saxlayıb.
Qeyd edək ki, buna qədər ofisiantla restoran rəhbərliyi arasında işçilərin sığorta olunması mövzusunda mübahisə yaranıb. Ofisiant hüquqlarının pozulmasına etiraz olaraq aşpazı girov götürüb. Bir neçə saat girov qalan aşpaz sonda boğazı kəsilmək bahasına xilas olmağı bacarıb.
"Nə olduğumu bilmirdim. Mən onu öldürmək fikrində deyildim. Öldürmək istəsəydim, edərdim",-deyə Kamil Tarık Albayrak ilkin ifadəsində bildirib.
Qalereya
Oxşar xəbərlər
Antalyaya milyardlarla dollar ziyan vuran yanğını görün kim törədib - VİDEO
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda 28 iyul tarixində başlayan dəhşətli meşə yanğınları ilə əlaqədar 16 yaşlı şəxs saxlanılıb. BAKU.WS xəbər verir k...