Antalyaya milyardlarla dollar ziyan vuran yanğını görün kim törədib - VİDEO
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda 28 iyul tarixində başlayan dəhşətli meşə yanğınları ilə əlaqədar 16 yaşlı şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə əlaqədar Manavqat Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Hələlik adı açıqlanmayan 16 yaşlı C.Y. hadisə şahidinin istintaqa verdiyi ifadə əsasında tutulub. İstintaq zamanı onun sosial media hesabları və telefonunda yanğının görüntüləri də təsbit edilib. 16 yaşlı gənc barəsində "qəsdən meşə yandırmaq" ittihamı ilə həbs qərarı çıxıb.
Qeyd edək ki, Türkiyəni bürüyən və bir həftədir davam edən yanğınlar ölkə iqtisadiyyatına milyardlarla dollar dəyərində ziyan vurub. Yanğını PKK terror təşkilatının qəsdən törətdiyi ehtimal olunur. Terror təşkilatının "Atəşin uşaqları" adlı qruplaşması ötən gün yanğını öz üzərinə götürməklə bağlı sosial mediada paylaşım da etmişdi. Saxlanılan 16 yaşlı şəxsin də PKK terror təşkilatının üzvü olması və aldadılaraq cinayətə alət edilməsi ehtimalları az deyil.
Oxşar xəbərlər
Türkiyədə hansı yanğınsöndürən təyyarələrdən istifadə olunur? - FOTO/VİDEO
Türkiyədə baş verən meşə yanğınlarına 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (İHA), 51 helikopter və 1 pilotsuz vertolyotla müdaxilə edilir. BAKU.WS xəbər verir ki...